ROG Strix G15 (2022) G513
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/kv/kv.jpg)
ROG Strix G
Qalibin silahı!
-
-
-
-
-
-
Aura Sync sinxronlaşdırma texnologiyası ilə çox bölgəli tam rəngli işıqlandırma
Kİberİdmanda üstünlük
2022 ilin ROG Strix G modeli ən son AMD Ryzen 9 6900HX prosessoru ilə təchiz edilib, onu noutbuklar üçün 150 Vt-lıq NVIDIA GeForce RTX 3080 videokartı və displey multipleksoru ilə təkmilləşdirmək mümkündür. Prosessora məlumatın vaxtında çatdırılmasına qabaqcıl DDR5 standartlı operativ yaddaş məsuliyyət daşıyır, PCIe 4.0 x4 interfeysli SSD yaddaş isə yüksək sürətlə oyunun başlamasına və fayl ötürülməsinə cavabdehdir.
-
WINDOWS 11 Pro
əməliyyat sistemi
-
AMD
Ryzen 9 6900HX
prosessoru
-
NVIDIA GeForce
RTX 3080
noutbuklar üçün
-
Termopaket
150 Vt
Dynamic Boost rejimində
-
Yaddaş DDR5
32 GB-a
qədər
-
Displey
Multipleksoru
-
Rejimi
PCIe 4.0
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/performance/stirx-g-2022.png)
-
Ryzen prosessoru
Qabaqcıl AMD Ryzen 9 6900HX prosessoru tək axınlı yükləmədə inanılmaz dərəcədə yüksək tezlikdə işləyir, bu isə hamar oyun təcrübəsi üçün vacibdir. Çoxtapşırıqlı iş rejimində, məsələn, oyun prosesini yayımlayarkən və ya yazarkən, noutbuk əla performans göstərir, çünki prosessorun 8 nüvəsi eyni zamanda 16 hesablama prosesini yerinə yetirməyə qadirdir.
-
Yenİ nəsİl yaddaş
ROG Strix G noutbuku 4800 MHz tezliyində işləyən yeni standart DDR5 operativ yaddaş ilə təchiz olunub. DDR4 ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək ötürmə qabiliyyətinə malikdir və yazma sürəti 50% artıb!
-
PCIe 4.0 x4 rejİmİ
Heç kim yükləmə ekranına uzun müddət baxmağı sevmir. Xoşbəxtlikdən, PCIe 4.0 x4 rejimində işləyən yığıcı oyunların işə salınması, eləcə də onların quraşdırılma prosesini xeyli sürətləndirir. Onunla, noutbukunuz daha sürətli olur.
Maksİmum sürət
Güclü komponentlər, xüsusilə qabaqcıl videokartlara gəldikdə, zəruri güc tələb edir. Bu il ROG Strix G noutbukuna quraşdırılmış NVIDIA GeForce RTX 3080 qrafik çipin termopaketi 20 Vt artırılaraq 150 Vt-a çatdırılıb. Artan güc limiti videokartın oyunlarda daha yüksək performans göstərməsinə imkan verəcək.
Müasir oyun noutbukları sürətli diskret qrafik prosessorlarından istifadə edir, lakin görüntü adətən mərkəzi prosessorda quraşdırılmış qrafik nüvəsi vasitəsilə ekranda göstərilir. Bu sxem noutbukun işləmə müddətini artırır, lakin cihazın qrafik performansına təsir göstərir. Buna görə də 2022-ci ilin bütün ROG noutbuklarında diskret videokartından görüntünün birbaşa ekrana çıxması üçün multipleksordan istifadə edilir. O, gecikməni azaldır və rəqabətli oyunlarda performansı orta hesabla 15% artırır.
![Maksimum sürət](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/performance/mux.jpg)
GEFORCE RTX
Maksİmumda oyna
-
Sünİ İntellekt texnologİyaları
Dərin öyrənmə əsasında hamarlaşdırma DLSS — kadr sürətini itirmədən şəkil keyfiyyətini yaxşılaşdırmaq qabiliyyətidir. Oyun parametrlərini maksimuma qaldırın və nəticədən həzz alın!
-
Oyunu reallıq kİmİ hİss et
Şüa izləmə — qrafik texnologiya dünyasının Müqəddəs Grailidir. Real dünyada işığın davranışını simulyasiya etməklə bu alqoritm oyunlarda və digər multimedia tətbiqlərində ən real görüntü yaratmağa imkan verir. Xüsusilə 2-ci nəsil RT nüvələrində sürətli işləyir.
-
Rasİonal optİmallaşdırma
NVIDIA Max-Q texnologiyalar kompleksi süni intellekt alqoritmlərindən istifadə edərək yüksək performanslı nazik form-faktorlu noutbukları optimallaşdırmağa imkan verir.
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/bg-cooling.jpg)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/deco-web.png)
Soyutma
Güclü komponentləri həddən artıq istiləşmədən qorumaq üçün ROG Strix G noutbukunda ROG ağıllı soyutma funksiyası var. Mərkəzi prosessorun termointerfeysində maye metaldan istifadə edilir, bu da adi termopastalarla müqayisədə çipin temperaturunu 16°C azaldır. İstilik sərinkeşlər tərəfindən 4 dəlikdən sürətlə xaricə çıxarılır. Proqram təminatı tərəfdən parametrləri həm istifadəçi tənzimləyə bilər, həm də əvvəlcədən təyin edilmiş soyutma rejimləri ilə tənzimləmək mümkündür. Silent rejimi az yüklənmədə səssiz işləməyi təmin edəcək, Performance rejimi isə sərinkeşlərin sürətini bir qədər artırmaqla qrafik performansın artmasını təmin edəcək.
-
Maye metal
temperaturun 16°C azalması
-
Arc Flow
84-pərli sərinkeşlər
-
4
havalandırma dəliyi
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/strix-g-2022.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-in-1.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-in-2.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-in-3.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-in-4.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-in-5.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-out-1.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-out-2.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-out-3.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/wind/wind-out-4.png)
![Soyutma](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/cooling/txt-cooling.png)
Maye metal – xüsusİ olaraq prosessor üçün
Soyutma sistemi – oyun noutbukların layihələşdirmə zamanı ən böyük çətinliklərdən biridir və ROG mühəndisləri daim onun təkmilləşdirmə yollarını axtarırlar. Bu axtarışların nəticəsi istiliyi mərkəzi prosessordan kulerə daha səmərəli ötürən maye metaldan istifadə idi. Daha aşağı temperatur prosessorun uzun müddət yüksək tezlikdə işləməsinə, sərinkeşlərin isə daha yavaş sürətlə fırlanmasına imkan verəcək.
Arc Flow sərİnkeşlərİ - daha güclü hava axını, daha az səs-küy
Hər bir Arc Flow sərinkeşi qalınlığı bünövrədən uclara tərəf dəyişən 84 əyilmiş pər ilə təchiz edilib. Bu isə turbulentliyi və səs-küyü azaltmaqla yanaşı, hava axınını artırır.
* Hava axının artması 71-pərli sərinkeşlərlə müqayisədə ASUS daxili sınaqlarına əsasən qeyd edilib.
![Eclipse Gray](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/txt-grey.png)
![STRIX G - REPUBLIC OF GAMERS](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/circle-grey.png)
Daha çox rəng!
Volt Green və ya Electro Punk rəng seçimləri ilə həyatınıza daha çox rəng qatın. Daha ciddi üsluba üstünlük verirsinizsə, Eclipse Grey rəngini mütləq bəyənəcəksiniz.
Eclipse Gray
![ROG Strix G 2022 Eclipse Gray](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/strix-g-2022-grey.png)
![Volt Green](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/txt-green.png)
![STRIX G - REPUBLIC OF GAMERS](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/circle-green.png)
Daha çox rəng!
Volt Green və ya Electro Punk rəng seçimləri ilə həyatınıza daha çox rəng qatın. Daha ciddi üsluba üstünlük verirsinizsə, Eclipse Grey rəngini mütləq bəyənəcəksiniz.
Volt Green
![ROG Strix G 2022 Volt Green](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/strix-g-2022-green.png)
![Electro Punk](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/txt-pink.png)
![STRIX G - REPUBLIC OF GAMERS](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/circle-pink.png)
Daha çox rəng!
Volt Green və ya Electro Punk rəng seçimləri ilə həyatınıza daha çox rəng qatın. Daha ciddi üsluba üstünlük verirsinizsə, Eclipse Grey rəngini mütləq bəyənəcəksiniz.
Electro Punk
![ROG Strix G 2022 Electro Punk](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/color/strix-g-2022-pink.png)
![Armor Cap örtükləri](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/feature-1.png)
Cihazın xarici görünüşü Armor Cap örtükləri ilə fərdiləşdirilə bilər.
![sinxronlaşdırıla bilən Aura işıqlandırması](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/feature-2.png)
Sinxronlaşdırıla bilən Aura işıqlandırması daha çox rəng qatmağa kömək edəcək. О, klaviaturanın düymələrinə quraşdırılıb və korpus boyunca uzanan işıq zolağında davam edir.
![Kompakt korpus](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/feature-3.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/design/feature-3-cover.png)
Noutbukun yığcam korpusu aşağı panelə qədər hər cür dekorativ elementlərlə bəzədilib, ona görə də istənilən nöqteyi-nəzərdən əla görünəcək.
![Displey](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/txt-display.png)
Rəqabətə tab gətİrən dİspley
15-düymlük ROG Strix G iki displey variantında mövcuddur: QHD/165Hz və FHD/300Hz. Ekranın yüksək yeniləmə sürəti rəqabətli oyunlarda əsl üstünlük olacaq, çünki dinamik səhnələri nümayiş edərkən qüsursuz aydın təsvirə zəmanət verir. Bu, oyuna daha çox dalmağa və orada baş verən hadisələrə daha sürətli reaksiya verməyə kömək edəcək. Bəzi konfiqurasiyalar aşağı cavab müddəti (3ms) və Dolby Vision standartına uyğun genişləndirilmiş dinamik diapazon dəstəyi ilə öyünə bilər.
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/strix-g-2022.png)
![ESPORTS SPEED](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/esports-speed.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/frame-fhd.png)
![ESPORTS SPEED](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/esports-speed.png)
FHD
300 Hz
3 ms
FHD
300 Hz
3 ms
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/strix-g-2022.png)
![Detallaşdırma](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/rich-detail.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/frame-wqhd.png)
![Detallaşdırma](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/rich-detail.png)
QHD
165 Hz
3 ms
QHD
165 Hz
3 ms
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/strix-g-2022.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/screen-dolby-off.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/display/screen-dolby.png)
Qüsursuz səs keyfİyyətİ
Ağıllı gücləndiriciləri olan daxili dinamiklər virtual çoxkanallı səs yaradan Dolby Atmos texnologiyasını dəstəkləyir. Oyunlar və filmlər üçün optimallaşdırılmış əvvəlcədən qurulmuş səs rejimləri var. Səs sistemi Hi-Res Audio standartı ilə uyğun gəlir, bu isə qulaqlıqları qoşduqda yüksək keyfiyyətli səsdən həzz almağa imkan verəcək . Ağıllı səs-küy ləğvi texnologiyası fon səslərini filtr edərək həm çıxan, həm də daxil olan səs rabitəsini yaxşılaşdırır.
-
İntellektual təkmilləşdirmə
-
İkitərəfli
Ağıllı səs-küy ləğvi
-
-
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/audio/strix-g-2-22.png)
![STRIX G - REPUBLIC OF GAMERS](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/audio/circle.png)
-
Sünİ intellekt əsaslı səs-küy ləğvİ
Ağıllı səs-küy ləğvi texnologiyası səsli rabitə üçün həm çıxan, həm də daxil olan səs siqnallarını təkmilləşdirir. Onun parametrlərində səs-küyün filtrasiyasını yalnız müəyyən proqramlar üçün təyin edə bilərsiniz.
-
Valehedİcİ səs
Dolby Atmos texnologiyası virtual aləmə dalmağı təşviq edən virtual 5.1.2 çoxkanallı səs təqdim edir. Oyunlar və filmlər üçün əvvəlcədən qurulmuş optimallaşdırılmış səs rejimləri var.
-
Hi-Res Audio
Hi-Res Audio dəstəyi ilə siz musiqidən tam olaraq sənətçilərin istədiyi kimi zövq ala bilərsiniz – səs keyfiyyətini itirmədən.
![#İdarəetmə](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/control/txt-control.png)
Yüksəkdəqİqlİ sİlah
ROG Strix G noutbukun yüksək dəqiqliyə malik olan klaviaturası optimallaşdırılmış tərtibata malikdir. Onun funksional düymə qrupları, böyük oxlu düymələr və tez-tez istifadə olunan komandalar üçün xüsusi isti düymələr arasında boşluqları var. Eksklüziv Overstroke texnologiyası düymənin tam basılmasından əvvəl aktivləşdirilməsi səbəbindən, oyunçular üçün dəqiqədə hərəkət sayı kimi vacib göstəricini artırmağa imkan verir. Klaviaturada hər düymə üçün fərdiləşdirilə bilən tam rəngli işıqlandırma və böyük sensor sahəsi olan toxunma paneli var.
-
Statika
-
Nəbz
-
Stroboskop
-
Dövr
-
Göy qurşağı
-
Musiqi
-
Monitorinq
-
Ulduzlar
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/control/strix-g-2022.png)
-
Optİmallaşdırılmış tərtİbat
ROG Strix G noutbukunun klaviaturası masa üstü kompüterin klaviatura standartlarına uyğun hazırlanmışdır: funksional düymə qrupları arasında olan boşluqlarla. Məsafə (Space) düyməsi böyüdü və formasını dəyişdi - indi onu qaçırmaq daha çətin olacaq.
-
İstİ düymələr
Klaviaturanın yuxarısında sol tərəfdə, standart olaraq Armory Crate tətbiqinə daxil olmaq, iş rejimini seçmək, səs səviyyəsini tənzimləmək və mikrofonu söndürmək üçün xidmət edən isti düymələr var. Onlar digər proqramları işə salmaq və ya makrosları yerinə yetirmək üçün yenidən proqramlaşdırıla bilər.
-
Overstroke texnologİyası
Eksklüziv Overstroke texnologiyası düymənin tam basılmasından əvvəl aktivləşdirilməsi səbəbindən, oyunçular üçün dəqiqədə hərəkət sayı kimi vacib göstəricini artırmağa imkan verir.
-
Böyük toxunma panelİ
Noutbuk ilə gündəlik qarşılıqlı əlaqəni daha rahat etmək üçün onun toxunma panelin sahəsi əvvəlki versiya ilə müqayisədə xeyli artırılıb. Bu, əl hərəkətlərin və çoxbarmaqlı jestlərin yerinə yetirilmə zamanı daha çox rahatlıq deməkdir.
Batareya Batareya
Batareya Batareya
Batareya Batareya
Batareya və onun doldurulması
90 Vt·s batareya həcmi sayəsində ROG Strix G noutbuku uzun işləmə vaxtı ilə öyünə bilər - 12 saata qədər video oynatma rejimində. O, sürətli enerji doldurmanı (cəmi 30 dəqiqəyə 0-dan 50% qədər) və xarici akkumulyatorlardan USB-C portu ilə doldurmanı dəstəkləyir.
-
90 Vt·s
batareya
-
Type-C
sürətli doldurma
-
12 saata qədər
video oynatma rejimində işləmə vaxtı
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/battery/bg-middle.png)
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/battery/strix-g-2022.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/bg-left.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/bg-right.png)
![#Əlaqə](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/txt-connectivity.png)
Gecİkməsİz oyun
Bu noutbuk simsiz Wi-Fi 6E (802.11ax) modulu ilə təchiz olunub. O, minimal gecikmələrlə yüksək sürətli əlaqəni təmin edir və xüsusilə məşğul şəbəkələrdə effektivdir.
-
-
2.5G Ethernet
yüksək sürətli interfeys
![ROG Strix G 2022](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/strix-g-2022.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/spec-line.png)
![](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/connectivity/spec-line-m.png)
- USB 3.2 Gen2 Type-C
- USB 3.2 Gen2 Type-C
DisplayPort 1.4 / USB Power Delivery - HDMI (2.0b)
- LAN RJ45
- USB 3.2 Gen1 Type-A
- USB 3.2 Gen1 Type-A
- Birləşdirilmiş audio port
Genİş bağlantı İmkanları
Oyun periferiyaları üçün noutbuk USB 3.2 Type-C portu (DisplayPort 1.4 və USB Power Delivery rejimlərin dəstəyi ilə) və iki USB 3.2 Gen1 Type-A portu təklif edir, həmçinin simli şəbəkəyə qoşulmaq üçün 2.5G Ethernet portu var. Kabellərin dolaşmaması üçün əsas portlar korpusun arxa tərəfində yerləşir.
![Tətbiqlər](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/software/title.png)
![Armoury Crate tətbiqi](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/software/deco-right.png)
![Armoury Crate tətbiqi](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/software/circle.png)
Armoury Crate tətbİqİ
ROG Armory Crate tətbiqi noutbukunuz üçün vahid idarəetmə mərkəzidir. Bununla siz sistem parametrlərini təyin edə, işıqlandırmanı tənzimləyə və hətta müəyyən proqramları işə saldıqda avtomatik olaraq tətbiq olunacaq parametrlərlə profillər yarada bilərsiniz.
![Armoury Crate tətbiqi](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/software/armoury-crate.jpg)
Tam arsenal
ROG Strix G15 noutbuku üçün 2 aksesuar dəsti mövcuddur. Birinciyə parlaq elektropank üslubunda hazırlanmış qurğular daxildir: ROG Strix Go Core Electro Punk qulaqlıqları, ROG Strix Impact II Electro Punk siçanı, ROG Sheath Electro Punk siçan altlığı və ROG Electro Punk bel çantası. İkinci dəstə daha təmkinli aksesuarlar daxildir qara ROG Impact siçanı və qara ROG bel çantası. Bu dəst Volt Green və Eclipse Grey rəngli noutbuklar üçün nəzərdə tututlub. Hər iki dəstdə həmçinin ROG GC21 xarici kamera və yığcam 100 Vt-lıq enerji yığma cihazı daxildir.
- ECLIPSE GRAY
- VOLT GREEN
- ELECTRO PUNK
![ECLIPSE GRAY dəsti](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/gallery/bg-grey.jpg)
![VOLT GREEN dəsti](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/gallery/bg-green.jpg)
![ELECTRO PUNK dəsti](https://dlcdnwebimgs.asus.com/files/media/8B74E7EE-B66A-4420-894E-3C3B980312EE/v2/img/gallery/bg-pink.jpg)
ASUS Footer